BAKI, 8 may. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Yaroslavl şəhərində yerləşən neft obyektini vurub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Yaroslavl Ukraynanın dövlət sərhədindən 700 kilometrdən çox uzaqda yerləşir. Bu, Rusiyanın müharibəsinin maliyyələşdirilməsi üçün böyük əhəmiyyət daşıyan neft obyekti idi”, - Zelenski vurğulayıb.
Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinə və hərbi kəşfiyyata buna görə təşəkkür edib:
“Ukraynanın uzaqmənzilli kampaniyaları Rusiyanın şəhər və kəndlərimizə zərbələrinə cavab olaraq davam edir. Rusiya real sülhü seçməlidir və bunu yalnız güclü təzyiq təmin edə bilər”.