BAKI, 11 mart. TELEQRAF
“Rusiyanın İranla dron istehsalında əməkdaşlığı ciddi qlobal təhlükə yaradır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, müharibənin əvvəlində Rusiya İranın ötürdüyü silahlardan fəal şəkildə istifadə edib və hazırda Tehran Yaxın Şərqdəki münaqişələr və ABŞ hərbi bazalarına hücumlarda oxşar texnologiyalardan istifadə edir.
“Bu, dünyanın bu gün üzləşdiyi ən böyük riskdir. Əgər Yaxın Şərqdəki müharibə dayandırılmasa, bu, uzunmüddətli, hətta dünya müharibəsinə səbəb ola bilər”, - Zelenski vurğulayıb.
Ukrayna lideri planetin Üçüncü Dünya müharibəsinə hazır olmadığını və Rusiya-İran ittifaqını az qiymətləndirdiyini qeyd edib:
“Şimali Koreyanın 10 000 əsgəri artıq Rusiya ərazisindədir, amma Ukraynaya gələ bilərlər. İranla da eyni şey ola, Rusiya qoşun göndərə bilər. Dünya belə bir ittifaqa hazırdırmı? Məncə, hazır deyil”.
Prezident əlavə edib ki, texniki baxımdan bəzi ölkələr istisna olmaqla, Avropa hazır deyil.