BAKI, 11 noyabr. TELEQRAF
2026-cı ilin oktyabrında şəkərin qiymət indeksi orta hesabla 121,3 bənd təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd edilib.
Məlumata görə, bu, sentyabr ilə müqayisədə 7,5 bənd və ya 6,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 27,1 bənd və ya 28,8% çoxdur.
Beləliklə, indeks ardıcıl olaraq dörd aydır artıb. Bu da 2024-cü ilin dekabrından bəri ən yüksək səviyyədir.
Qiymət artımına əsasən, Braziliyanın əsas şəkər istehsalçısı olan Mərkəz-Cənub regionunda yağıntılar və emalı prosesində yaranan fasilələr təsir göstərib.