BAKI, 11 noyabr. TELEQRAF
Türkiyənin ilk atom elektrik stansiyası (AES) Akkuyunun birinci enerji bloku dekabrda işə salınacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində bildirib.
Nazir konkret tarix açıqlamayıb, lakin enerji blokunun dekabrda işə salınacağını və bütün sınaqların uğurla başa çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, “Akkuyu” Türkiyənin ilk atom elektrik stansiyasıdır və onun tikintisini Rusiyanın “Rosatom” dövlət şirkəti həyata keçirir.
Layihə Rusiya istehsalı olan 3+ nəsil VVER reaktorları ilə təchiz edilmiş dörd enerji blokundan ibarətdir. Hər bir enerji blokunun gücü 1 200 meqavat olacaq.
“Akkuyu” AES-in tikintisi dünya atom energetikası tarixində “Build-Own-Operate” (tik, sahib ol və istismar et) modeli əsasında həyata keçirilən ilk layihədir.