BAKI, 11 noyabr. TELEQRAF
Avqustda "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.
Bildirilib ki, “Azeri Light” markalı neftin qiyməti aylıq müqayisədə 1,94 dollar/barel artaraq "North Sea Dated" neftinə nisbətən orta hesabla 13,21 dollar/barel yüksəlib. “Saharan Blend” markalı neftin qiyməti də 1,13 dollar/barel artaraq 7,80 dollar/barel yüksəlib.
Bununla belə, Qazaxıstanın “CPC Blend” neftinin qiyməti 2,84 dollar/barel azalıb.
Yaxın Şərq də daxil olmaqla, orta sıxlıqlı və yüksək kükürdlü xam neftin təklifinin artması regionda qiymətlərə azaldıcı təzyiq göstərib.
Məlumata görə, Ceyhan limanı vasitəsilə xam neft ixracının artması və neft emalı zavodlarından tələbatın zəif olması yüksək kükürdlü neft markaları arasında rəqabəti daha da gücləndirib.