BAKI, 11 noyabr. TELEQRAF
2026-ci ilin oktyabrında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 447 min barel olub.
Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, sentyabr ilə müqayisədə hasilatın həcmində 4 min barel azalma olub.
2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel, ikinci rübündə 456 min barel, üçüncü rübündə isə 450 barel təşkil edib.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 104 min barel geridə qalıb.