BAKI, 8 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron sabah Kiprə rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Səfər bir neçə gün əvvəl Kiprin İran istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alınmasından sonraya təsadüf edir.

Məlumata görə, Emmanuel Makron Paphos şəhərində Kipr Prezidenti Nikos Xristodoulidis və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşəcək. Görüşün məqsədi Kiprlə həmrəylik nümayiş etdirmək, həmçinin Kipr ətrafında və Aralıq dənizinin şərqində təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə etməkdir.