BAKI, 24 fevral. TELEQRAF
“Qısa müddətdə Rusiya və Ukrayna arasında sülhün bərqərar olacağına şübhə ilə yanaşıram”.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Danışıqlarla bağlı bütün təşəbbüsləri alqışlayıram. Amma qısa müddətdə sülhün əldə olunacağına şübhə ilə yanaşıram. Başa düşməliyik ki, Rusiya tərəfindən sülhlə bağlı baxış yoxdur, bunu görürük. Ona görə də hərəkət etməliyik”, - Makron bildirib.