BAKI, 24 fevral. TELEQRAF
“Hamı müharibənin bitməsini istəyir, amma Ukraynanın bitməsinə imkan verməyəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dördüncü ildönümü münasibətilə xalqa müraciətində deyib.
“Biz sülh istəyirik - güclü, ləyaqətli və uzunmüddətli sülh. Hər danışıqlar raundundan əvvəl komandama dəqiq göstərişlər verirəm. Bu həmişə gizli qərarlar şəklində olur, amma dövlət sirrini açmadan əsas mesajımı bəyan edə bilərəm: bu illərin heç birinin üstündən xətt çəkmək olmaz, bütün mübarizə, cəsarət, ləyaqət və Ukraynanın keçdiyi hər şeyi dəyərsizləşdirmək olmaz. Heç vaxt bunları etmək – unutmaq və xəyanət etmək olmaz. Elə buna görə də çoxsaylı mərhələləri olan danışıqlar gedir, hər söz və bənd, real təhlükəsizlik zəmanətləri üçün mübarizə aparılır ki, saziş möhkəm olsun. Tarix bizi diqqətlə izləyir. Saziş təkcə imzalanmamalı, ukraynalılar tərəfindən də qəbul edilməlidir”, - dövlət başçısı vurğulayıb.