BAKI, 23 fevral. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putin artıq Üçüncü Dünya müharibəsini başladıb, onu geri çəkilməyə məcbur etmək üçün yeganə cavab güclü hərbi-iqtisadi təzyiq olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Düşünürəm ki, Putin artıq müharibəni başladıb. Məsələ onun nə qədər ərazi işğal edə biləcəyində və onu necə dayandırmaqdadır. Rusiya dünyaya başqa həyat tərzi qəbul etdirmək, insanların özləri üçün seçdiyi həyatı dəyişdirmək istəyir”, - o vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna bu gün faktiki olaraq bu müharibəni cilovlayır, onun tammiqyaslı qlobal savaşa çevrilməsinin qarşısını alır:
“Putini bu gün dayandırmaq və Ukraynanın işğalına imkan verməmək bütün dünyanın üçün qələbəsi olacaq. Çünki Putin Ukraynada dayanmayacaq”.