BAKI, 20 fevral. TELEQRAF

“Ukrayna Rusiya ilə daha bir neçə il döyüşə bilər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının komandanı Oleksandr Pivnenko ABŞ Prezidenti Donald Trampın atəşkəsi tezliklə qəbul etməyəcəyi təqdirdə Kiyevin uduzacağı ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Hələ bir neçə il döyüşə bilərik, 100 faiz. Amma hesab edirəm ki, ümumilikdə müharibələr bitməlidir. İnsanları torpaq və resurslar uğrunda öldürmək anlaşılmazdır. Bu bitməlidir”, - o bildirib.

Pivnenko qeyd edib ki, insanlar müharibədən yorulub, amma vacib məsələ sülhün hansı bədələ əldə olunacağıdır.

“Ya atəşkəs - buna hamı razı olacaq, sonra gələcək addım və razılaşmalar yenidən qiymətləndiriləcək. Ya da torpaq itkisi - biz Rusiyaya heç nə verməyəcəyik, buna əminəm”.