BAKI, 18 fevral. TELEQRAF

Ukraynanın Donbas bölgəsini tam nəzarətə götürmək üçün Rusiyaya daha iki il lazım olacaq. Görünür, Kremlə bu hesablamalar məlumdur və müharibəni bu ssenari üzrə davam etdirməyə razıdır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

Kəşfiyyatın qiymətləndirməsinə əsasən, Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəldiyinə inanır.

Buna baxmayaraq, nəşr bildirib ki, Rusiya iqtisadiyyatı son aylarda ciddi problemlərlə üzləşib, ABŞ Prezidenti Donald Tramp Kremlə müharibənin dayandırılması üçün Rusiyaya böyük investisiyalar təklif edir.

Belə bir dinamika fonunda bəzi analitiklər hesab edirlər ki, Putin müharibənin dayandırılmasına dair razılığa gələ bilər. Amma Rusiya və ABŞ arasında uzunmüddətli yaxınlaşma və Ukrayna hərbi qüvvələrinin Donbasın qalan hissəsindən çıxarılması təmin edilsə.