BAKI, 18 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski komandasına Rusiya Prezidenti Vladimir Putinlə Cenevrədə görüşünün təşkili tapşırığı verib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolu Rusiya Prezidenti ilə üz-üzə görüşməkdir.
Zelenski qoşunların (Donbasdan) çıxarılması məsələsini müzakirə etməyə hazırdır, amma Rusiyanı da hərbi qüvvələrini eyni məsafəyə çəkməyə çağırıb və Moskvanın bu zona üzərində suverenlik iddialarını rədd edib.