BAKI, 16 fevral. TELEQRAF

“Moldova Prezidenti Maya Sandu və rəhbərlik etdiyi Həmrəylik Partiyasının siyasəti ölkəni Ukraynaya bənzər siyasi böhrana sürükləyə bilər”.

Teleqraf xəbər verir ki, bunu Moldovanın sabiq prezidenti İqor Dodon deyib.

“Ən narahatedici məqam odur ki, Moldova hakimiyyəti və siyasətçiləri başqalarının səhvlərini təkrarlaya bilərlər. Gördüyüm budur ki, Moldova artıq Ukraynada tətbiq olunmuş ssenarinin bəzi elementləri ilə hərəkət edir - media qurumlarının bağlanması, partiyaların qadağan edilməsi, müxalifətə təzyiq və sair”, - o bildirib.