BAKI, 10 fevral. TELEQRAF
“ABŞ-də Rusiya-Ukrayna müharibəsinin nizamlanmasının vaxt çərçivəsinə dair fərqli baxışlara malik müxtəlif təsir qrupları var”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavlo Klimkin deyib.
O hesab edir ki, müharibənin iyuna qədər dayandırılması üçün müəyyən edilmiş son tarix ABŞ Prezidenti Donald Tramp üçün vacib olsa da, həlledici deyil:
“Bəziləri üçün noyabrda ABŞ-də keçiriləcək aralıq seçkiləri çox önəmlidir. Hazırda belə görünür ki, demokratlar Konqresdə (Nümayəndələr Palatası) üstünlük qazana bilərlər. Bu, hələ Tramp üçün fəlakət deyil. Amma Senatı da uduzsa, fəlakət olardı. Hələlik belə görünmür, amma bu ehtimal artıq tam istisna edilmir və ətrafında xeyli spekulyasiya var”.
Onun fikrincə, Ağ Evin rəhbəri Rusiya–Ukrayna müharibəsindən “geri çəkilməyəcək”, çünki ABŞ prezidenti üçün “tamamilə kritik məsələlər” məhz “biz və Yaxın Şərqdir”.
Klimkin iyuna qədər atəşkəsin mümkün ola biləcəyini istisna etmir, amma müharibənin davamlı və qəti şəkildə başa çatacağına inanmır.