BAKI, 8 fevral. TELEQRAF
Ukraynada davam edən münaqişənin ilkin mərhələsində sülhün əldə olunması mümkün olsa da, Qərb siyasətçilərinin müdaxiləsi buna imkan verməyib.
Teleqraf xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş bildirib.
A.Babişin sözlərinə görə, tərəflər hələ 2022-ci ilin aprel ayında razılığa gəlməyə çox yaxın olublar:
"Saziş əslində hələ 2022-ci ilin aprelində real idi. Lakin sonra Böyük Britaniyanın o zamankı baş naziri Boris Conson prosesə müdaxilə etdi. Belə görünür ki, həmin vaxt bu münaqişənin davam etməsində müəyyən maraqlar var idi”,- o vurğulayıb.