BAKI, 8 fevral. TELEQRAF

Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus xeyli sayda raket və pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, HHM vasitələri tərəfindən ABŞ istehsalı olan 27 ədəd "HIMARS" reaktiv yaylım atəşi sistemi (RYAS) mərmisi, 3 ədəd "Neptun" uzun mənzilli idarə olunan raketi və 42 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) vurulub.