BAKI, 25 yanvar. TELEQRAF

ABŞ və Ukrayna Donbasda neytral ölkələrin hərbi kontingentinin yerləşdirilməsi və ya bölgədə demilitarizasiya zonasının yaradılması məsələsini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, Rusiya Ukraynaya hər hansı NATO qüvvələrinin göndərilməsinə qarşıdır və eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasında israr edir.