BAKI, 1 yanvar. TELEQRAF

İsveçrənin "Crans-Montana" xizək kurortunda baş verən partlayışın səbəbi pirotexniki vasitələr ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə yerli "Rhône FM" radiosu məlumat yayıb.

Bildirilib ki, hazırda faciə yerində dağıntılar altından axtarış və xilasetmə əməliyyatları davam edir. Hadisə nəticəsində 40 nəfərin həlak olduğu məlumdur.

***

12:42

İsveçrənin cənub-qərb regionunda ölümlə nəticələnən partlayışda ən azı 100 nəfər yaralanıb, 40 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Le Nouvelliste" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Crans-Montana" xizək kurortunda yerləşən "Le Constellation" barında naməlum səbəbdən partlayış baş verib.

Polisin açıqlamasında bildirilib ki, ərazi tamamilə bağlanıb və kurortun üzərində uçuşa qadağa qoyulub.