BAKI, 1 dekabr. TELEQRAF
Ukrayna PUA-larının Xəzər Boru Kəməri Konsorsiumuna hücumu faktı dəhşətli hadisədir, çünki bu obyekt beynəlxalq əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu halda məsələ dəhşətli bir nümunədir, çünki söhbət beynəlxalq əhəmiyyətə malik və beynəlxalq iştirakçılığı olan bir obyektdən gedir”, - Peskov vurğulayıb.
Noyabrın 29-da Novorossiysk yaxınlığındakı konsorsiumun bir qurğusuna PUA-larla hücum edilib. Qurğu bərpa olunmur. İşçilər arasında xəsarət alan olmayıb, Qara dənizə neft sızması baş verməyib.
Hücumdan sonra Qazaxıstan neft daşınmasını digər marşrutlara yönəldib. Astana baş verənlərə görə Kiyevə nota verərək bəyan edib ki, Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna edilən hücumu Ukrayna ilə ikitərəfli münasibətlərə zərər vuran bir hərəkət kimi qiymətləndirir. Ukrayna XİN bundan sonra açıqlama verərək, bu addımların Qazaxıstana qarşı yönəlmədiyini açıqlayıb.