BAKI, 10 sentyabr. TELEQRAF

Fransada etirazçılar yolları bağlayıb, zibil qutularını yandırıblar, bəzi yerlərdə polislə toqquşma baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Ölkə üzrə on minlərlə təhlükəsizlik əməkdaşı ərazilərə cəlb olunub.

Aksiya iştirakçıları Prezident Emmanuel Makrona, siyasi hakimiyyətə və planlaşdırılan büdcə ixtisarlarına qarşı narazılıqlarını ifadə ediblər.