BAKI, 20 iyul. TELEQRAF
Moskvaya doğru hərəkət edən Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatı (PUA) Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün Telegram kanalında məlumat verib.
"İlkin məlumatda üç dronun vurulduğu bildirilmişdi. Təxminən beş dəqiqə sonra isə daha bir dronunun məhv edildiyi açıqlanıb.
“Moskva istiqamətində hərəkət edən daha bir düşmən dronu məhv edilib,” – Sobyanin qeyd edib.
Dron qalıqlarının düşdüyü ərazilərdə hazırda fövqəladə xidmət əməkdaşları işləyir.