BAKI, 19 iyul. TELEQRAF

Süveydədə ölənlərin sayı 600-ü keçib.

Teleqraf xəbər verir ki, bu barədə "T 24" məlumat yayıb.

Qeyd edək ki, ABŞ-nin Suriya xüsusi nümayəndəsi Tom Barak İsrail və Suriya arasında atəşkəs elan edildiyini və atəşkəsin Türkiyə və İordaniya tərəfindən dəstəkləndiyini bildirib. Regionda druz və bədəvilər arasında kütləvi toqquşmalardan sonra İsrail Suriyadan qoşunları ərazidən çıxartmağı tələb etmiş və tələbin yerinə yetirilməsi üçün paytaxt Dəməşqi raket atəşinə tutmuşdu. Bundan sonra hökumət qoşunları nəzarəti yerli druz milisinə və dini liderlərə həvalə edərək Suveyda vilayətindən çıxarılıb.