BAKI, 18 iyul. TELEQRAF
NATO Rusiya hərbi kəşfiyyat xidmətinin Alyans ölkələrinə qarşı aparılan zərərli kiber hücumlarda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə bəyanat NATO-nun rəsmi saytında dərc olunub.
Bəyanatda qeyd olunur ki, Estoniya, Fransa, Böyük Britaniya və ABŞ Rusiya tərəfindən koordinasiya olunan bu fəaliyyətin mənbəyini müəyyənləşdiriblər. Alyans Moskvanı “sabitliyi pozan hibrid əməliyyatları” dayandırmağa çağırıb.
NATO vurğulayıb ki, bu cür fəaliyyətlər Ukraynaya verilən dəstəyə təsir göstərməyəcək. Sənəddə konkret hansı kiber hücumların müzakirə olunduğu açıqlanmayıb.
Bundan əvvəl ABŞ-ın Avropa və Afrikadakı qüvvələrinin komandanı, general Kristofer Donahu bəyan etmişdi ki, NATO Kalininqrad bölgəsindəki Rusiya müdafiə infrastrukturunu tez bir zamanda sıradan çıxarmağa qadirdir.