BAKI, 15 iyul. TELEQRAF

Keçən həftə Rusiya pilotsuz təyyarəsi Belarusdan Litva ərazisinə uçduqdan sonra Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius Litvanı və qonşu ölkələri regional “dron divarı” qurmağa və PUA-ların kütləvi istehsalına hazırlaşmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Bu insident onu göstərir ki, pilotsuz təyyarələrin Litva ərazisinə daxil olması ehtimalı realdır. Litvanın bu cür pilotsuz təyyarələrdən müdafiəyə hazır olub-olmaması və bunun üçün lazımi imkanlara malik olmaması cavabsız qalır", - Kubilius qeyd edib.

Avropa komissarı Aİ-nin şərq sərhədi boyunca fiziki müdafiəni təşkil edən regional hökumətlərə planlarına pilotsuz uçuş aparatlarına əsaslanan texnologiyaları daxil etməyə çağırıb.

"Mən Litvanı və "Şərq Sərhəd Təhlükəsizliyi Planı" üzərində işləyən region ölkələrini fiziki maneələrdən kənara çıxmağa çağırmaqda davam edirəm. Fikrimcə, pilotsuz təyyarələrdən ibarət divarın yaradılması belə bir plana daxil edilməlidir", - o deyib.

Kubiliusun sözlərinə görə, Litva və onun Baltikyanı qonşularının Rusiyadan pilotsuz təyyarələrin hücumlarına qarşı hazır olduğuna dair çox az dəlil var.

"Bu gün söhbət təkcə dronların istehsalıdan getmir. Bizə lazımi sayda dronları tez bir zamanda istehsal etmək üçün hər an hazır olan təlim keçmiş komandaya ehtiyacımız var", - deyə Kubilius bildirib.

Xatırladaq ki, iyulun 10-da Belarusdan Litva ərazisinə PUA daxil olub.