BAKI, 14 iyul. TELEQRAF

Xorvatiya Prezidenti Zoran Milanoviç bildirib ki, Ukraynanın Balkan ölkələrindən əvvəl Avropa İttifaqına (Aİ) qəbul edilməsi təhqiramiz addımdır.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Mənə elə gəlir ki, bəzi Avropa strukturlarının bu kinsizliyi və həyasızlığı səngiməyəcək. Ukrayna müharibə vəziyyətində olan, dəqiq müəyyən edilmiş ərazisi olmayan, özünü maliyyələşdirə bilməyən ölkədir", - deyə Milanoviç vurğulayıb.

Xorvatiya liderinin fikrincə, Ukraynanın Aİ-yə daxil olması üçün nə hüquqi, nə də praktik zəmin mövcuddur. O, bu qərarın Avropa İttifaqı daxilində balanssız yanaşmanın göstəricisi olduğunu qeyd edib.

Xatırladaq ki, bundan öncə Macarıstanın xarici işlər naziri Peter Szijjarto da Ukrayna ilə bağlı narahatlıq ifadə edərək, Aİ-də səfərbərlik zamanı baş verən zorakılıq hallarının müzakirəyə çıxarılacağını açıqlamışdı. Onun sözlərinə görə, Ukraynada xidmətə yararsız şəxslər belə ailələrinin gözü önündə zorla cəbhəyə göndərilir və ağır şəkildə döyülürlər.