BAKI, 13 iyul. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında 10 iyulda Kuala-Lumpurda keçirilən görüşdə Ukrayna mövzusu əsas prioritetlərdən biri olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Əlbəttə, Ukrayna ətrafında vəziyyət əsas mövzu idi,” – o, bildirib.
Zaxarova Rubionun “Ukrayna ilə bağlı yeni yanaşmanın təklif olunduğu” barədə sözlərini şərh edərkən bildirib ki, bu məsələdə hər hansı bir intriqa yoxdur, bu, diplomatların işinin bir hissəsidir.