BAKI, 29 iyun. TELEQRAF

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Rusiyaya qarşı yeni sanksiyalar barədə açıqlamasını sərt şəkildə tənqid edib.

Teleqraf xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"İlk 17 sanksiya paketi möhtəşəm uğur sayılırdı. Amma nəticə – sülh üçün sıfır effekt, enerji qiymətlərində kəskin artım... Növbəti sanksiya paketi Fransanın iqtisadiyyatı hər zamankindən daha pis işləyən bir dövrdə tətbiq olunur", - paylaşımda deyilir.

Qeyd edək ki, Emmanuel Makron bildirmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı "nəfəs kəsən sanksiyalar" hazırlayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp da Moskva üzərində sanksiya təzyiqlərinin artırılmasını dəstəkləyir və onun üçün Ukrayna münaqişəsinin həlli “zəruridir”.