BAKI, 29 iyun. TELEQRAF

Bu gün Türkiyə vaxtı ilə saat 08:20-də (Bakı vaxtı ilə saat 09:20) Ankaranın Çubuk rayonunda 3.6 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ 10.62 kilometr dərinlikdə baş verib.

Dağıntılar barədə məlumat verilməyib.