BAKI, 27 iyun. TELEQRAF

Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Rusiyaya qarşı 18-ci sanksiyalar paketi təsdiq edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta açıqlama yayıb.

O, sammitdən sonra keçirilən mətbuat konfransında deyib: “18-ci sanksiyalar paketi üzərində iş davam edəcək, o, hazırlanma mərhələsindədir”.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar paketinin qəbul olunmasına qarşı çıxan ölkələr Macarıstan və Slovakiya olub.