BAKI, 25 iyun. TELEQRAF

Gecə saatlarında Rusiyanın bölgələri üzərində Ukraynaya məxsus 18 PUA məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Pilotsuz təyyarələr Rostov, Krım (Ukraynanın işğal edilmiş bölgəsi – red.), Krasnodar və Bryansk vilayətləri, eləcə də Qara dəniz üzərində vurulub.