BAKI, 23 iyun. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd aviabazasına kütləvi raket zərbəsi endirdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bəyanatda Bəşərat əl-Fəth əməliyyatının bir hissəsi olan cavab hücumunun İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyi bildirilib.

“Vur və qaç” erası başa çatıb – hər hansı təkrar hücumlar ABŞ-nin Qərbi Asiyada mövcudluğunun dağılmasını sürətləndirəcək”, – deyə İİKK bildirib.

Bəyanatda həmçinin deyilir ki, “gələcək hücumlar həm ABŞ-ın bölgədəki hərbi infrastrukturunun, həm də sionist rejimin dağılmasına səbəb ola bilər”.

***

21.05

İran bəyan edib ki, onun ABŞ hərbi bazalarına qarşı keçirdiyi əməliyyat "Qələbə müjdəçisi" adlanır.

Teleqraf Tasnimə istinadən xəbər verir ki, hazırda İran Qətərdəki və İraqdakı ABŞ hərbi bazalarına zərbələr endirir.

İran Qətərdəki ABŞ bazalarına 6, İraqdakı bazalara isə 1 raket buraxıb.

Bu arada İraqdakı Əl_hərir bazası da təhlükə altındadır. ABŞ Prezidenti Donald Tramp Təhülkəsizlik Şurasının iclasını çağırıb.

İraqdakı ABŞ aviabazaları döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə "Reuters" xəbər verir.

****
20.46

Qətərin paytaxtı Dohada bir neçə güclü partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İran Qətərdəkı ABŞ hərbi bazasına ümumilikdə 6 raket atıb. Hücum nəticəsində mümkün tələfat və dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.