BAKI, 23 iyun. TELEQRAF

İran ölkə daxilində nüvə materiallarının istənilən yerdəyişməsi barədə agentliyə məlumat verməyə borcludur.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

O, AEBA-nin Tehranla əməkdaşlığa hazır olduğunu vurğulayıb.

“İran, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq, nüvə materiallarının ölkə daxilində hər hansı daşınması barədə bizi vaxtında məlumatlandırmalıdır. Biz əməkdaşlığa hazırıq, lakin şəffaflıq və qarşılıqlı etimad vacibdir",- o qeyd edib.