BAKI, 19 iyun. TELEQRAF
Rusiya-Ukrayna müharibəsini ABŞ Prezidenti Donald Trampın prezidentlik dövründə bitirmək lazımdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
O, bu gün Kiyevdə yaşayış binasının vurulduğu yerdə olduğunu və hadisə nəticəsində 23 nəfərin öldüyünü söyləyib.
"Adi yaşayış binasıdır. Raket bütün mərtəbələrdən keçərək zirzəmiyə qədər çatıb. Bu zərbənin heç bir hərbi əhəmiyyəti yox idi, bu, Rusiyaya hərbi baxımdan heç nə qazandırmadı. Bu, şüurlu qaydada edilmiş həyata keçirilmiş terror aktıdır. Bu, Putinin hakimiyyəti dövründə Rusiya ordusunun Çeçenistandan Suriyaya qədər hər yerdə etdiyinin eynisidir", - o deyib.
Prezident vurğulayıb ki, Ukrayna ilə qlobal həmrəylik və Rusiyaya qarşı qlobal təzyiq hazırda lazımi səviyyədə deyil. O, sanksiyaları əhəmiyyətli dərəcədə gücləndirməyə çağırıb.