BAKI, 13 iyun. TELEQRAF
İsrailin İrana hücumu ilə bağlı hər iki ölkənin hava məkanı yerli və beynəlxalq uçuşlara bağlanılıb.
Teleqraf xəbər verir ki, yaranmış fövqəladə vəziyyətdə beynəlxalq reyslər Azərbaycan hava məkanından istifadə edilməklə həyata keçirilir.
Əlavə olaraq İraq, İordaniya və Suriya hava məkanında da uçuşlar qadağan olunub.