BAKI, 15 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya-Ukrayna münaqişəsinin ədalətli və dinc şəkildə həlli prosesini müzakirə etdim.

Teleqraf xəbər verir ki, bunu Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüm. Görüşdə Rusiya-Ukrayna müharibəsinin ədalətli və dinc şəkildə həlli prosesini müzakirə etdik”, - prezident bildirib.

Xatırladaq ki, Türkiyə və Ukrayna prezidentlərinin Ankarada keçirilən görüşü 3 saata yaxın davam edib.