BAKI, 15 may. TELEQRAF

Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında planlaşdırılan görüşün Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenskinin görüşündən sonra keçirilməsi ehtimal olunur.

Teleqraf-ın əldə etdiyi məlumata görə, təyin edilən vaxtdan bir saatdan çox keçməsinə baxmayaraq, nümayəndə heyətləri hələ də görüşün keçiriləcəyi Dolmabahçe sarayına gəlməyiblər.

Rusiyanın rəsmi xəbər agentliyi TASS görüşün Bakı vaxtı ilə saat 11:00-da olacağı barədə məlumat yaymışdı.