BAKI. 11 may. TELEQRAF

Rusiyanın İkinci Dünya müharibəsində qələbənin 80 illiyi şərəfinə elan etdiyi atəşkəsin müddəti başa çatıb.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, atəşkəs mayın 8-i Moskva vaxtı ilə saat 00:00-dan mayın 11-i gecə 00:00-dək qüvvədə olub.

Xatırladaq ki, 3 günlük atəşkəsin elan edilməsini Rusiya Prezidenti Vladimir Putin elan etmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə atəşkəs təklifini edərək azı 30 günlük atəşkəs elan edilməsini istəmişdi.