BAKI, 5 may. TELEQRAF
Qələbə paradına görə Rusiya Federasiyanın paytaxtı Moskvada spirtli içki satışına icazə verilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Moskva meriyası məlumat yayıb.
Qərara görə, 8 may saat 22.00-dan etibarən spirtli içkilərin, azalkaqollu sərinləşdiricilərin, eləcə də şüşə qabda satılan içkilərə qadağa qoyulub. Qadağa parad başa çatdıqdan sonra- mayın 9-da saat 14.00-da götürüləcək.