BAKI, 17 aprel. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM partiyasının üzvü Sırrı Süreyya Öndərin vəziyyəti qeyri-müəyyən olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə onun həkimi, kardioloq Ertağ Sağbaş danışıb.
Sağbaş vəziyyətin hələ də ciddi olduğunu bildirib: “Xəstənin bu vəziyyətdə qalması belə möcüzədir. Ümidimiz var, ancaq bu ümid zəif ümiddir”.
Qeyd edək ki, S.Süreyya aprelin 15-ində aorta damarının yırtılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.