BAKI, 25 aprel. TELEQRAF
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli zabiti, general-leytenant Yaroslav Moskalik Moskva vilayətinin Balaxna şəhərində terror aktı nəticəsində həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Hadisə 25 apreldə, yerli vaxtla 10:40-da baş verib. Səki ilə hərəkət edən Moskalik partlayıcı dolu olan maşının yanından keçərkən qurğu işə düşüb.
Hadisə ilə bağlı cinayət işi açılıb.