BAKI, 23 aprel. TELEQRAF

Hələlik İstanbulda baş verən zəlzələ ilə bağlı heç bir narahatlıq görünmür.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza keçmiş olsun. Dövlətin bütün bölmələri həyəcan vəziyyətindədir. Prosesi diqqətlə izləyirik. Hələlik heç bir narahatlıq görünmür. Ən aktual məlumatları nazirlərdən, həmçinin AFAD rəhbərindən və İstanbul valisindən almışam. Əlhəmdulillah, hələlik heç bir problem görünmür”, - prezident bildirib.