
BAKI, 14 aprel. TELEQRAF
Macarıstan müxalifətinin lideri Peter Madyar gələn il keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum keçirəcəyini vəd edib.
Teleqraf xəbər verir ki, o, həmçinin Macarıstan üçün Aİ-nin maliyyələşdirilməsinə milyardlarla avro xərcləyəcəyi sözünü verib.
“Macarıstan yenidən qürurlu və etibarlı NATO müttəfiqinə çevriləcək. Macarıstan yenidən Aİ-nin tamhüquqlu üzvü olacaq”, - Madyar deyib.
Madyar həmçinin bildirib ki, Ukraynanın Aİ-yə üzvlük məsələsi fikir ayrılığı yaradır, ona görə də üzvlük üçün dəqiq şərtlər bəlli olanda bu məsələ ilə bağlı məcburi referendum keçirəcək.
Son sorğuya əsasən, Macarıstan vətəndaşlarının əksəriyyəti Viktor Orbanı baş nazir kimi görmək istəmir. Macarlar arasında ən böyük dəstəyə müxalif siyasətçi Peter Madyar malikdir. Respondentlərin 39 faizi ona səs verib. İkinci yerdə 32 faiz səs toplayan müstəqil deputat Akoş Hadhazi qərarlaşıb. Orban ən az dəstəyə malikdir, 31 faizlə səslə üçüncü yerdədir.