BAKI, 11 aprel. TELEQRAF

"Rossiya Hava Yolları"na məxsus sərnişin təyyarəsinin pilotları uçuş zamanı səmada naməlum uçan obyekt müşahidə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, "Sukhoi Superjet 100" tipli təyyarə İjevskdən Moskvaya uçarkən, Vladimirdən təxminən, 60 kilometr cənub-şərqdə, ekipaj kursun sol tərəfində uçuş səviyyəsindən 20 kilometr yüksəklikdə ağ şar formasında obyektin olduğunu qeydə alıb.

Hadisə dərhal müvafiq qurumlara bildirilib və hava hücumundan müdafiə orqanları məlumatlandırılıb.

Naməlum obyekt uçuşa heç bir təhlükə yaratmayıb və təyyarə marşrutu üzrə hərəkətini uğurla davam etdirib.