BAKI, 11 aprel. TELEQRAF

Dünya beşdən (5 daimi üzvü olan BMT Təhlükəsizlik Şurasını nəzərdə tutur - red.) böyükdür, çünki bəşəriyyət beşdən böyükdür.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan aprelin 11-də 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyə dialoqu münaqişədən üstün tuturuq.

“Sülh müharibədən daha çox zəhmət tələb edir, biz bunun fərqindəyik, amma biz həmişə asanı yox, çətini seçirik. Bu gün də çətin olanın tərəfindəyik. Bu anlayışla bu gün Ukrayna, Sudan, Somali və Liviya kimi yaxın əlaqələrimizin olduğu ölkələrdə sabitlik və sülh üçün çalışırıqsa, Afrika və Asiyada da sabitlik və sülhün təmin olunmasında vasitəçilik kimi öhdəlikləri üzərimizə götürük. Qonşularımızda yaxşı əlaqələr yaradaraq, iş və ticarət imkanlarını genişləndirərək, qarşıdurma içində olan tərəflər arasında dialoq körpüləri quraraq, ölkəmiz ətrafında bir sülh və təhlükəsizlik qurşağı yaratmağa səylər göstəririk”, - Ərdoğan bildirib.