BAKI, 9 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-yə qarşı yeni ticarət tariflərini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

Qeyd edilib ki, yeni tarixlər aprelin 16-dan tətbiq olunacaq.

Bildirilib ki, bəzi Amerika mallarına rüsumlar 10-25 faiz arasında dəyişəcək. Bunlara tütün, motosiklet, quşçuluq, polad və alüminium daxildir. Macarıstan istisna olmaqla, 27 ölkədən 26-sı tariflərin artırılmasının lehinə səs verib.

ABŞ Prezidenti Donald Tramp aprelin əvvəlində Aİ məhsullarına ticarət tariflərini 20 faizə qaldırıb. Vaşinqtonun ticarət və iqtisadi siyasətlərini yumşaltmağa başlaması üçün Avropa ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını 5 dəfə artıraraq 350 milyard dollara çatdırmalıdır.