BAKI, 9 aprel. TELEQRAF

Bayraqdan asılı olmayaraq, Ukraynada istənilən xarici mövcudluğa Rusiya tərəfindən təhlükə kimi baxılacaq, bu, NATO ilə birbaşa hərbi toqquşmalara səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Xatırlatmaq istərdik ki, bayraqdan, simvollardan, elan edilmiş mandatlardan asılı olmayaraq, Ukraynada istənilən xarici varlıq Rusiya tərəfindən ölkəmizin təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək və NATO-nun ayrı-ayrı üzvləri, deməli, alyansın bu qondarma missiyasının bütün iştirakçıları ilə ölkəmiz arasında birbaşa hərbi toqquşma riskini daşıyır”, - diplomat bildirib.