​BAKI, 6 aprel. TELEQRAF

Fransa Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen prezidentliyə namizədliyini irəli sürməyə qoyulan 5 illik qadağanı ləğv etmək üçün dinc mübarizə aparacağını bildirb.

Teleqraf "Reuters"ə istinasdən xəbər verir ki, Le Pen Florensiyada mitinq keçirən Matteo Salvininin partiyasına videomüraciətində "Biz Martin Lüter Kinqdən nümunə götürəcəyik. Biz prezident seçkilərində iştirk etmək üçün bütün vasitələrdən istifadə edəcəyik”, - deyə o bildirib.

Keçən həftə Paris məhkəməsi Le Peni Aİ vəsaitlərini mənimsəməkdə təqsirli bilib və onun Fransada 2027-ci il prezident seçkilərində iştirakını qadağan edəcək hökm çıxarıb.