​BAKI, 6 aprel. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Belqorod şəhərinə və vilayətin 9 rayonuna 58 dronla hücum edib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, ən çox zərbə Şebekino rayonuna dəyib.

Burada evlərə və avtomobillərə ziyan vurulub.

Berezovka kəndində dron zərbəsi nəticəsində üç nəfər, o cümlədən 15 yaşlı yeniyetmə ağır yaralanıb.

Hücumlar nəticəsində bəzi yaşayış məntəqələri müvəqqəti olaraq elektriksiz qalıb. Vilayətin hava müdafiə qüvvələri bəzi dronları havada məhv edib.