
BAKI, 6 aprel. TELEQRAF
Rusiya ərazisində gecə ərzində Ukraynanın 11 PUA-sı məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, Rostov vilayətində 8, Kursk vilayətində 2, Belqorod vilayətində isə 1 dron vurulub.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.